Milli Məclis sədrinin müavini postuna namizədi məlum oldu

Milli Məclisdə bitərəf deputatların parlament sədrinin müavini postuna namizədi məlum olub. 

APA-nın məlumatına görə, bu gün parlamentdə bitərəf deputatların iştirakı ilə keçirilən toplantıda namizəd müəyyənləşib. 

Bitərəf deputatların Milli Məclis sədrinin müavini postuna namizədi Adil Əliyev olub.