Milli Məclis şəhidləri yad etdi

Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası keçirilir. 

XALQ.AZ xəbərinə görə, spiker Sahibə Qafarova iyulun 12-dən etibarən Ermənistanın Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində təxribatları zamanı şəhid olan hərbçilərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməyi təklif edib. Onun təklifi qəbul olunub.

Qeyd edək ki, Tovuz döyüşlərində Azərbaycanın12 hərbçisi şəhid olub.

 Daha sonra Milli Məclisin dünən vəfat etmiş ən yaşlı deputatı Fəttah Heydərovun ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra spiker Fəttah Heydərovun keçdiyi həyat yoluna qısa nəzər salib. Mərhum deputatın gördüyü işlər qeyd edilib.