Milli Məclis sabah son iclasa toplanır

Sabah Milli Məclisin növbədənkənar sessiyasının son plenar iclası keçiriləcək.

XALQ.AZ  xəbər verir ki, iclasda 28 məsələ müzakirə ediləcək.

Bunlar “Notariat haqqında”, “Dövlət rüsumu haqqında”, “İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında”, “Əmək pensiyaları haqqında”, “Məhkəmələr və hakimlər haqqında” və s. qanunlara, o cümlədən Vergi, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələridir.

Qeyd edək ki, deputatları gələn həftə tətilə çıxacaqlar. Parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətdə olacaqlar.

 

 

Orxan