Milli Məclis yeni təhsil qanunu hazırlayıb

“Ümumi təhsil haqqında” qanun layihəsinin

“Ümumi təhsil haqqında” qanun layihəsinin ilkin variantı artıq hazırdır”.

XALQ.AZ xəbər verir ki, bunu Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli “Ümumi təhsil haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı müzakirə zamanı deyib.

Komitə sədri bildirib ki, bir sıra ölkələrin bu sahədə olan qanunları ilə tanış olublar:

“Ölkəmizdə fəaliyyət göstərən özəl məktəblərin nümayəndələri ilə də müzakirələr aparmışıq. Yeni hazırlanan qanun layihəsi 5 fəsil 26 maddədən ibarətdir. İyun ayında işçi qrupunun iclasında ilkin variantı təqdim etdik. İlkin variant işçi qrupunun üzvlərinə təqdim olunub. Düşünürəm ki, may ayına qədər qanun layihəsini tam təhvil verə bilərik”.

 

 

Orxan