Milli Məclisdə “2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə edilir

 

milli meclis

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir. XALQ.AZ-ın xəbərinə görə, iclasın gündəliyinə Hesablama Palatasının “2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabatı daxil edilib. İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Maliyyə nazirinin müavini Azər Bayramov, iqtisadiyyat, vergilər və digər nazirliklərin  nümayəndələri iştirak edir.

İclasda ilk çıxış edən komitənin sədri Ziyad Səmədzadə bildirib ki, 2016-cı il  Azərbaycan tarixində islahatlar ili kimi yadda qalıb: “Dünyada ölkələr arasında toqquşmalar, ziddiyətlərin artmasına baxmayaraq, ölkəmiz stabillik nümayiş etdirir. Bunun nəticəsidir ki, dünyada  gərginliyə baxmayaraq, Azərbaycan iqtisadiyyyatı öz inkişafını davam etdirir”.

Z. Səmədzadə qeyd edib ki, “2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabat Milli Məclisə vaxtında təqdim edilib və komitə üzvləri sənədlə yaxından tanış olublar.