Milli Məclisdə bu qanunlar müzakirəyə çıxarılır

Milli Məclisin yaz sessiyasında bir neçə yeni qanun layihəsi müzakirəyə çıxarılacaq , bir sıra qanunlara isə əlavə və dəyişikliklər ediləcək. XALQ.AZ məlumat verir ki, yaz sessiyasında deputatlar “Azad iqtisadi zonalar haqqında”, “Əlillərin sosial təminatı haqqında”, “Dövlət bayrağı haqqında”, “Dövlət gerbi haqqında”, “Dövlət himni haqqında”, “Siyasi vəzifələr haqqında”, “Diplomatik xidmət haqqında”, “Azərbaycan Ordusu haqqında”, “Peşə birlikləri haqqında” yeni qanun layihələri ni müzakirə edəcəklər.

Həmçinin yaz sessiyası ərzində bir sıra qanunlara əlavələr və dəyişikliklər ediləcək.

Qeyd edək ki, “Milli Məclisin 2018-ci il yaz sessiyasının işlər planı” parlamentin fevralın 1-də keçiriləcək ilk iclasında müzakirə ediləcək.