Milli Məclisdə komitə iclası keçirilib

Azərbaycan Respublikası Milli Məclisinin Aqrar siyasət komitəsinin iclası keçirilib.

XALQ.AZ  xəbər verir ki, iclasda “Fitosanitar nəzarəti haqqında”, Meliorasiya və irriqasiya haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Balıqçılıq haqqında”, “Elektroenergetika haqqında”, “Nəqliyyat haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Dəniz limanları haqqında”, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında”, “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Turizm haqqında”, “Elektrik və istilik stansiyaları haqqında”, “Auditor haqqında”, İnvestisiya fəaliyyəti haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Yeyinti məhsulları haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunlara, Su, Meşə, Torpaq, Şəhərsalma və Tikinti məcəllələrinə dəyişikliklər müzakirə olunub.

Komitə Eldar İbrahimov bildirib ki, dəyişikliklər bu qanunların digər qanunlara uyğunlaşdırılması məqsədi daşıyır.
Müzakirələrdən sonra layihələr parlamentin plenar iclasına tövsiyə olunub.

 

 

Orxan