Milli Məclisdə növbəti plenar iclasının vaxtı müəyyənləşib

Milli Meclis
Azərbaycan Milli Məclisinin növbəti plenar iclasının tarixi müəyyənləşib.
İclas aprelin 25-də baş tutacaq. İclasın gündəliyinə Cinayət, İnzibati Xətalar məcəllələrinə və bir sıra qanunlara dəyişikliklər, o cümlədən yeni hazırlanmış Deputatın Etik Davranış Kodeksi layihəsinin müzakirəsi nəzərdə tutulur.