Milli Məclisdə Suriyada döyüşən azərbaycanlılar barədə təklif verildi

4

 

 

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilir.  Azərbaycanın dövlət himinin səslənməsindən sonra iclası spiker Oqtay Əsədov açıb. Spiker bildirib ki, 2013-cü ilin payız sessiyası dövründə parlametin 10 plenar iclası keçirilib. Bu zaman 170 qanun və qərar qəbul edilib. Bundan əlavə, komitələr səviyysində 62 iclas keçirilib və 215 məsələyə münasibət bildirilib. Ölkədə qanunvericilik bazasının yaradılması üçün lazımi tədbirlər görülüb.
O.Əsədovun sözlərinə görə, ötən sessiya dövründə mühüm hadisə oktyabr ayıdan prezident seçkilərinin keçirilməsi və İlham Əliyevin yenidən prezident seçilməsidir: “Bu, son 10 ildə həyata keçirilən tədbirlərin, görülən işlərin məntiqi nəticəsi olub”.

Spikeri Oqtay Əsədov Suriyada gedən döyüşlərdə muzdlu azərbaycanlıların vuruşması məsələsindən danışarkən problemin ölkə üçün ciddi olduğunu vurğulayıb. O.Əsədov deyib ki, gedənlərin qarşısını almaq vacib məsələdi:
“ Muzdlu döyüşçülər təhlükəli məsələdir, bunun qarşısının alınması da çətindir. Amma təhlükəliliyini nəzərə alaraq lazımı addımlar atılacaq”.

Millət vəkil Zahid Oruc isə Azərbaycandan Suriyaya gedənlərlə bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılmasını və onlar barəsində cinayət işinin açılmasının təklif edib.
“Orada döyüşənlər guya “Suriya azadlıq ordusu” adı altında Bəşər Əsədə qarşı vuruşurlar. Onlar terror qruplarının içində, Azərbaycana dönsələr, bu şəbəkə sonra da işləyəcək. Azərbaycan dövlət heç vaxt terrora dəstək verməyib. Amma indi onrada döyüşənlər təkcə öz ailələrinə ziyan vurmurlar, həm də terrorçu kimi Azərbaycanın adına ziyan verirlər”.

Milli Məclis üzvü Baş Prokurorluğa müraciət edərək Suriyadakı döyüşlərdə iştirak edən insanlara qaşrıə cinayət işi qaldırılmasını istəyib: “Bilsinlər ki, Azərbaycana qəhrəman kimi dönməyəcək, orada gördükləri vəhşilikləri burada tətbiq edə bilməyəcəklər. Mən bu insanlara güzəşt mövqeyi, humanist mövqeyindən yanaşılmasını yolverilməz sayıram. Bu məsələyə məhz qanuni cəhətdən münasibət bildiriləməsini xahiş edirəm”.

Spiker Oqtay Əsədov Suriyada vuruşanların hamısını terrorçu adlandırmağı düzgün hesab etmədiyini bildirib: “Onlar muzdlu əsgərlərdir. İnsanların ora getməsinin qarşısını almaq həqiqətən çətindir, bilinmir haradan hara gedirlər”.

Fərəc Quliyev isə bu cür hadisələri önləmək üçün məktəblərdə din haqqında daha dərin məlumat verilməsini təklif edib.