Milli Məclisdə uşaqlarla bağlı qanun müzakirəyə çıxarılacaq

Milli Meclis

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib. İclası komitə sədri Aqiyyə Naxçıvanlı açaraq bildirib ki, iclası gündəliyinə bir məsələ daxildir.

Bu, komitə tərəfindən hazırlanmış “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” qanun layihəsidir.

Bu qanun layihəsi Uşaq Hüquqları Bəyannaməsi, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanda uşaqların hüquqlarını və azadlıqlarını, uşaqların sağlamlığının inkişafının qorunması, onların mənəviyyatına, psixi, fiziki, sosial inkişafına ziyan vuran informasiya məhsullarından müdafiə olunması sahəsində dövlət orqanlarının digər hüquqi və fiziki şəxslərin vəzifələrini müyyən edir.

Layihə 5 fəsil və 23 maddədən ibarətdir. Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq layihədə hüquqların pozulmasına görə məsuliyyət də öz əksini tapıb.