Milli Məclisin Aqrar siyasət komitəsi bu gün hesabat verəcək

Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin 2020-ci ilin payız sessiyasında ilk iclası keçiriləcək.

XALQ.AZ-ın məlumatına görə, iclasda komitədə 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində görülən işlərə dair hesabat dinləniləcək, payız sessiyası üçün qanunvericilik işləri planının layihəsi müzakirə ediləcək.