Milli Məclisin birləşdirilən 2 şöbəsinin yeni müdiri kimdir? – FOTO

Milli Məclis Aparatının birləşdirilən şöbələrinin müdirləri məlum olub.

XALQ.AZ xəbər verir ki, Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi ilə İnzibati və hərbi qanunvericilik şöbələri birləşdirilib. Birləşdirilən  yeni şöbənin müdiri Hacı Mirhəşim Miryaqub oğlu Seyid təyin olunub.

Qeyd edək ki, 2-ci dərəcəli dövlət müşaviri olan Hacı Mirhəşim Seyid ixtisasca hüquqşünasdır. O, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

XALQ.AZ