Milli Məclisin Daxili Nizamnaməsi dəyişdirilir

Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik edilir.

XALQ.AZ xəbər verir ki, məsələ ilə bağlı bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

“Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun layihəsindən irəli gələn məsələlərlə bağlı parlamentin Daxili Nizamnaməsinə dəyişiklik təklif edilir.

Dəyişikliklərin əksəriyyəti deputatın mandatdan məhrum edilməsi ilə bağlıdır.

Parlamentin Daxili Nizamnaməsinə dəyişiklik Milli Məclisin oktyabrın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

 

 

Orxan