Milli Məclisin gündəliyinə 27 məsələ daxil edilib

Milli Məclisin növbəti plenar iclası aprelin 24-də keçiriləcək. 

XALQ.AZ xəbər verir ki, iclasın gündəliyinə 27 məsələ daxil edilib. 

İclasda  İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) illik məruzəsi dinləniləcək.

Həmçinin “Torpaq icarəsi haqqında və dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “ Ətraf mühitin mühafizəsi və ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Elm haqqında” , Mülki Məcəllədə, İnzibati Xətalar Məcəlləsində və s qanun layihələrində dəyişiklik edilməsi məsələləri müzakirə ediləcək.