Milli Məclisin iclası

Bu gün Azərbaycan Milli Məclisinin növbəti plenar iclası keçiriləcək.

XALQ.AZ məlumat verir ki, iclasın gündəliyi bəlli olub, gündəliyə 25 məsələ daxil edilib.

Bunlar “Banklar haqqında”, “Kredit borcları haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Valyuta tənzimi haqqında”, “Yerin təki haqqında” və sair qanunlara, Mülki, Şəhər Salma və Tikinti məcəllələrinə dəyişikliklər, “Peşə təhsili haqqında” (ikinci oxunuş), “Azərbaycan Respublikasında daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihələridir.

Bundan əlavə bir sıra sənədlərin ratifikasiyası gözlənilir.