Milli Məclisin iclası başa çatdı

Milli Məclisin payız sessiyasının ilk plenar iclası başa çatıb.

XALQ.AZ xəbər verir ki, iclas Oqtay Əsədovun sədrliyi ilə keçirilib. Qeyd edək ki, plenar iclasın gündəliyinə 62 məsələ daxil edilmişdi.

Bunlar “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında”, “Normativ hüquqi aktlar haqqında”, Aviasiya haqqında”, “İstehsalat bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimləməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Standartlaşdırma haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Vəkil və vəkillik fəaliyyəti haqqında” və s. qanunlara dəyişiklik layihələridir. Bundan başqa, iclasda İnzibati Xətalar, Mənzil, Mülki, Vergi, Gömrük məcəllələrinə dəyişiklik layihələri də müzakirəyə çıxarılıb.

 

 

Orxan