Milli Məclisin iclası başa çatıb

Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının plenar iclası başa çatıb.

XALQ.AZ  xəbər verir ki, iclasın gündəliyində olan 35 məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib. Gündəlikdə olan məsələlər əsasən II və III oxunuş olub.

Qeyd edək ki, parlamentin növbədənkənar sessiyasının növbəti plenar iclası iyulun 12-də keçiriləcək.

 

Orxan