Milli Məclisin iki komitəsinə müavin seçildi

Milli Məclisin iki komitəsinə yeni sədr müavinləri seçilib.

XALQ.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Belə ki, deputat Məlahət İbrahimqızının Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə, deputat Şahin İşmayılovun isə Gənclər və idman komitəsinə sədr müavini kimi namizədliyi irəli sürülüb.

Təkliflər səsə qoyularaq qəbul edilib.

 

 

Orxan