Milli Məclisin İnsan hüquqları komitəsinin onlayn iclası keçirilib

Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin növbəti iclası (onlaynsız) öz işinə başlayıb.

XALQ.AZ-ın məlumatına görə, iclasa komitənin sədri Zahid Oruc sədrlik edir.

İclasda adıçəkilən komitənin üzvləri ilə yanaşı, Ombudsman Aparatının əməkdaşları da iştirak edirlər.

İclasda yeni Ombudsman Səbinə Əliyevanın illik hesabat məruzəsi dinləniləcək.

Hesabat məruzəsi dinlənildikdən sonra onun ətrafında müzakirələr aparılacaq, irad və təkliflər bildiriləcək və sonda sənəd MM-in ayın 24-ə təyin olunan iclasının gündəliyinə tövsiyə olunacaq.