Milli Məclisin komitə sədri “91-lər”i belə yad etdi – VİDEO

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Yeni Azərbaycan Partiyasının qocaman qurucularından yazıb.

XALQ.AZ həmin yazını təqdim edir:

“Dəyərli dostlar! Əziz əqidə yoldaşlarım!


Bu gün mövcud vəziyyətlə əlaqədar “EVDƏ QAL”an partiyamızın qocaman qurucularından olan “91-lər”dən Sudeyf İmamverdiyev, Əjdər İsmayılov, Şahlar Əsgərov, 84 yaşı bu gün tamam olan Əsədulla Qurbanov, İsgəndər Quliyevlə, eyni zamanda Ağabəy Əsgərov, Vüqar Rəhimzadə, Munis Bayramovla telefon və video görüntü ilə əlaqə saxladım və keçmiş xatirələri yada saldıq. Heç təsadüfi deyil ki, “91-lər”i ümummilli liderimiz Heydər Əliyev Yeni Azərbaycan Partiyasının “Qızıl Fondu” adlandırmışdı. Düşünürəm ki, biz sıravi partiya üzvləri də onları hər zaman yada salmalı və xatırlamalıyıq”.

XALQ.AZ