Milli Məclisin komitəsində Hesablama Palatasının hesabatına baxıldı

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

XALQ.AZ xəbər verir ki, iclasda Hesablama Palatasının 2019-cu ildəki fəaliyyəti ilə bağlı hesabat dinlənilib.

Komitə sədri Tahir Mirkişili bildirib ki, Hesablama Palatasına verilən səlahiyyət ona audit işinin aparılması və dövlət büdcəsinə nəzarət imkanı verir.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov isə deyib ki, 2019-cu ildə 47 audit 6 analitik fəaliyyət həyata keçirilib. 43 audit icmallaşdırılıb. Ötən müddətdə 561 nöqsan aşkar olunub ki, bu da əvvəlki illə müqayisədə 21 faiz azdır.

V.Gülməmmədovun sözlərinə görə, 2019-cu ildə 111 vəzifəli şəxs intizam tənbehinə məruz qalıb. İntizam tənbehi ilə bağlı təkliflər müvafiq mərkəzi icra aparatlarına təqdim olunub.

“2019-cu ildə ilk dəfə palata monitorinq fəaliyyəti həyata keçirib. Bundan başqa dövlət satınalmaları ilə bağlı 5 iş respublika prokurorluğuna göndərilib”, – deyə Palata sədri bildirib.

XALQ.AZ