Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib

Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

XALQ.AZ xəbər verir ki, iclasın gündəliyinə 4 məsələ daxil edilib.

Komitə sədri Rəfael Hüseynov 2019-cu ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlərlə barədə hesabat verib. İclasda Mədəniyyət komitəsinin 2019-cu ilin payız sessiyası üçün iş planı təsdiqlənib.

Daha sonra “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Kinematoqrafiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Nəşriyyat işi haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” qanunlarına dəyişiklik layihələri müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra dəyişiklik layihələri parlamentin plenar iclasına tövsiyə olunub.