Milli Məclisin mətbuat katibi vəzifəsindən azad olunub

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu vəzifəsindən azad olunub.

XALQ.AZ xəbər verir ki, bu barədə Milli Məclisdən məlumat verilib.

Bdirilib ki, Milli Məclisin sədri Sahibə Qafarova Akif Təvəkküloğlunun vəzifəsindən azad olunması barədə sərəncam imzalayıb.  

Parlamentin yeni mətbuat katibinin adı da açıqlanıb. Belə ki, spikerin digər sərəncamı ilə Elnar Məmmədli Milli Məclisin mətbuat katibi təyin olunub.

Qeyd edək ki, Elnar Məmmədli bundan əvvəl AzTV-də çalışıb. O, Dövlət Televiziyasında Beynəlxalq əlaqələr departamentinin rəhbəri vəzifəsini tuturdu…