Milli Məclisin növbəti iclası mayın 19-da keçiriləcək

Milli Məclisin novbəti plenar iclasının vaxtı bəlli olub.

Bu barədə XALQ.AZ-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, plenar iclas mayın 19-da keçiriləcək. İclasın gündəliyinə 19 məsələ daxildir.

İclasda “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında”, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Rsepublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş), Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş) və digər məsələlər müzakirə ediləcək.