Milli Məclisin növbəti plenar iclasının vaxtı müəyyənləşib

Milli Məclisin payız sessiyasının növbəti plenar iclasının vaxtı müəyyənləşib.

XALQ.AZ xəbər verir ki, parlamentin payız sessiyasının növbəti plenar iclasının oktyabrın 18-də keçirilməsi nəzərdə tutulur.

İclasın gündəliyi isə yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçirilib.