Milli Məclisin plenar iclasları elektron formada keçiriləcək

Azərbaycanda koronavirusla bağlı görülən tədbirlər çərçivəsində Milli Məclisin iş qaydasında dəyişiklik edilir. 

“Report”un əldə etdiyi məlumata görə, Milli Məclisin plenar iclasları dekabrın 20-dək elektron formada keçiriləcək. 

Bununla bağlı məsələ yaxın günlərdə parlamentdə müzakirə olunacaq.