Milli Məclisin sabahkı iclasının gündəliyi dəyişdirildi

Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik olunub.

XALQ.AZ xəbər verir ki, bu barədə Milli Məclisin saytında məlumat yerləşdirilib.

Belə ki, iclasın gündəliyinə əvvəl 26 məsələnin müzakirəsi daxil edilmişdisə, hazırda 27 məsələ daxildir.

“Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələyə mayın 1-i keçiriləcək plenar iclasda baxılacaq.

Həmçinin, Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatı dinləniləcək.