Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının vaxtı açıqlanıb

Azərbaycan Milli Məclisinin (MM) 2019-cu il yaz sessiyasının ilk plenar iclasının keçiriləcəyi tarix açıqlanıb.
XALQ.AZ xəbər verir ki, iclas fevralın 1-i, həftənin cümə günü keçiriləcək.
MM-in Daxili Nizamnaməsinə əsasən, sessiya mayın 31-dək davam edir.
Xatırladaq ki, deputatların tətili yanvarın 15-də başa çatır. Həmin tarixdən etibarən parlament komitələrinin iclasları başlayır.
Orxan