Milli Məclisin yaz sessiyasının qanunverici işlər planı məlum oldu

Milli Məclisin yaz sessiyasının qanunverici işlər planı açıqlanıb.
XALQ.AZ xəbər verir ki,  yaz sessiyası ərzində “Ümumi təhsil haqqında”, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Yazılı abidələr haqqında”, “Optika haqqında”, “Adlar və soyadlar haqqında” qanun layihələri və digər qanunlara dəyişikliklər edilməsi ilə bağlı layihələr müzakirə olunacaq.
Sessiya dövründə həmçinin Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının,  Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələrinə baxılacaq.
Qeyd edək ki, parlamentin yaz sessiyasının ilk plenar iclası bu il fevralın 1-də keçiriləcək.
Orxan

Comments are closed.