Milli maraqlara söykənən qətiyyətli mövqe

4647771

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Yunanıstanın ölkəmizə yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edərkən göstərdiyi qətiyyətli mövqe Azərbaycanın milli maraqlarına söykənir. Çünki Ermənistanın bütün dünyada apardığı türkofob fəaliyyəti və hədəfindəki ölkələr her kəsə məlumdur. Ona görə də Türkiyə və Azərbaycanın məsələyə xüsusi həssaslıqla yanaşması anlaşılandır. 

Hər iki ölkə illərdir erməni terrorundan əziyyət çəkir və Ermənistanın silahlandırılması və hərbiləşdirilməsi yönündə istənilən addım ilk növbədə bu ölkələrin milli təhlükəsizliyi üçün təhdiddir.

Məhz bu səbəbdən, Azərbaycan Prezidentinin qətiyyət nümayiş etdirməsi və belə çirkin niyyətlərə dərhal reaksya verməsi olduqca mütərəqqi amildir.

Cənab Prezident açıq formada dedi ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı dönməzdir. Türkiyə həmişə Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da daimi olaraq Türkiyənin yanında olacaq. Dövlət başçımız Şərqi Aralıq dənizindəki böhranı nəzərdə tutaraq, bu məsələdə də qardaş Türkiyənin yanında olduğunu, onu dəstəklədiyini nümayiş etdirdi. Təbii ki, bu mövqe Azərbaycan xalqı ilə yanaşı, Türkiyə xalqı tərəfindən yüksək rəğbətlə qarşılandı. Və qardaş ölkənin Prezident Adminstrasiyası Azərbaycan prezidentinin bu mövqeyi barədə açıqlama yaydı ki,

Türkiyə hər zaman bütün sahələrdə Prezident İlham Əliyev başda olmaqla Azərbaycanın dəstəyini hiss edir.Administrasiyanın məlumatında qeyd olunur ki, Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətləri bütün türkdilli ölkələr üçün nümunədir. Azərbaycan hər zaman ədalət tərəfdarıdır: “Türkiyə ilə Azərbaycanın strateji münasibətləri kiməsə qarşı deyil, regionda sülhə və sabitliyə yönəlib”.Əlavə şərhə ehtiyac yoxdur. Artıq Yunanıstan da başda olmaqla bütün region ölkələri bunu dərk etməli və Ermənistanla əlaqələrinə “çəki-duzən” verməlidir!

Madər Musayev,

Milli Məclisin deputatı