Milli musiqi günü qeyd ediləcək

25

 

 

Sentyabrın 17-də M.S.Ordubadinin ev-muzeyində 18 sentyabr-Milli Musiqi Gününə həsr edilmiş tədbir keçiriləcəkdir.

Muzeydən AzərTAc-a bildirmişlər ki, görkəmli yazıçı, tarixi romanlar müəllifi Məmməd Səid Ordubadi hələ sağlığında dahi Azərbaycan bəstəkarı, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyli ilə dost olmuşdur. Muzeydə bu iki şəxsiyyətin dostluğunu əks etdirən eksponatlar mühafizə olunur.
Tədbirdə Ü. Hacıbəyli və M.S.Ordubadinin dostluğuna həsr olunmuş fotosərgi nümayiş etdiriləcək, Üzeyir bəyin musiqisi əsərləri səsləndiriləcəkdir.