“Milli Qəhrəmanın adına olan məktəbin ərazisi satılıb” – Video

Milli Qəhrəman Eldar Həsənovun adı verilən Cəlilabad şəhər 3 saylı ümumi orta məktəbin idman meydançasının ərazisi satılıb və həmin ərazidə yaşayış evləri tikilib.

XALQ.AZ xəbər verir ki, bu barədə bizimyol.info-ya Cəlilabad sakini Bayramov Emil Dənizxan oğlu bildirib.

Onun sözlərinə görə, məktəb üçün yeni inzibati binanın inşa olunmasına ehtiyac var: “Şagirdlər tədris üçün yararsız vəziyyətdə olan daxmalarda təhsil alırlar”.

E.Bayramov bildirib ki, Milli Qəhrəman Eldar Həsənovun büstü də baxımsız vəziyyətdədir.

Cəlilabad sakini Bayramov Emil Dənizxan oğlunun müraciəti əsasında 15 oktyabr 2018-ci il tarixində Təhsil Nazirliyinə informasiya sorğusu göndərilib.

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.