Milli Qəhraman Mədət Quliyev -Fotolarda

Bu gün  Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevin  doğum günüdür.Bu münasibətlə XALQ.AZ xəbər portalının kollektivi Milli Qəhramanımızı təbrik edir,gələcək  işlərində müvəffəqiyətlər arzulayırıq!

Mədət Quliyev 27 sentyabr 1958-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur — atası Qəzənfər Quliyev mühəndis, anası Zambaq Quliyeva isə dil-ədəbiyyat müəlliməsidir. 1965-ci ildə Gəncədə yerləşən 1 saylı orta məktəbə daxil olub, 1975-ci ildə 8 saylı orta məktəbi bitirib. 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib.

Mədət Quliyev 1971-ci ildən müntəzəm olaraq idmanla məşğul olurdu. O, 1976-1980-ci illərdə Azərbaycan yığma komandasının tərkibində müxtəlif turnirlərdə iştirak edib. O, dəfələrlə yeniyetmələr arasında sambo üzrə müxtəlif turnirlərin iştirakçısı olub, SSRi yarışlarında çempion olub. Lvovda, Alma-Atada qələbələr qazanıb. 160-dan artıq fəxri fərmanlarla və mükafatlarla təltif olunub. Güclü idmançı olan Mədət Quliyev dəfələrlə respublika çempionu olmaqla yanaşı, hətta Azərbaycanın bayrağını xarici ölkələrdə də ucaltmağa nail olub. 1979-cu ildə idmanın cüdo növü üzrə SSRİ idman ustası normasını yerinə yetirib. Karate üzrə isə üçüncü dan qara kəmər alıb.

19801982-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətə çağırılır, bir müddət Ermənistanda, sonra isə Gürcüstanda həqiqi hərbi xidmət keçmişdir. 1982-ci ildə ordudan tərxis olunaraq Gəncənin “Dinamo” Cəmiyyətində təlimatçı işləyib, sonra Gəncə şəhər Daxili İşlər İdarəsinin komsomol təşkilatının katibi olmuşdur.1983-cü ildən daxili işlər orqanlarında xidmət etmişdir.

19921994-cü illərdə Terrorizim və Banditizmlə mübarizə şöbəsinin rəisi işləyib. O, 1993-cü il dekabrın 10-da cinayətkar qrupun zərərsizləşdirilməsi zamanı ağır güllə yarası alsa da, mövqeyindən geri çəkilməyərək cinayətkarların məhv edilməsinə nail olur.

19941995-ci illərdə DİN-İdarəsinin Yevlax-Qazax Regional Şöbəsinin rəisi, 19951996-cı illərdə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Reketlə mübarizə şöbəsinin rəisi vəzifəsinə yüksəlib. Mədət Quliyevin rəhbərliyi altında keçirilən uğurlu əməliyyatlar nəticəsində respublikada fəaliyyət göstərən bir sıra reket qrupları və axtarışda olan qatı cinayətkar dəstələri zərərsizləşdirilib. 1997-ci ildə DİN-in Polis Akademiyasını bitirmişdir. 19962001-ci illərdə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, 20012002-ci illərdə həmin İdarənin rəisi, 20022004-cü illərdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, 20042006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, 20062011-ci illərdə DİN-in Baş Mühafizə İdarəsinin rəisi, 20112015-ci illərdə Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi, 2015-ci ilin oktyabr-dekabr aylarında isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin birinci müavini vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2005-ci il tarixli 866 nömrəli Sərəncamı ilə ona polis general-mayoru rütbəsi, 20 noyabr 2012-ci il tarixli Sərəncamı ilə ədliyyə general-leytenantı ali xüsusi rütbəsi, 21 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə general-leytenant ali hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikasının Konstitutsiya dövlət quruluşunun müdafiəsində cinayətkarlıqla amansız mübarizədə, dövlətlərarası axtarışda olan residivist cinayətkarların saxlanılmasında və zərərsizləşdirilməsində şəxsən iştirakına, transmilli cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə görə mükafatlara layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisi təyin edilib.

Ulu öndərimiz Heydər Əliyevin 26 dekabr 1995-ci il tarixli fərmanı ilə polis polkovniki Quliyev Mədət Qəzənfər oğluna Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 26 noyabr 2014-cü il tarixli sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Qeyd edək ki, dünən Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Qəzənfər oğlu Quliyev general-polkovnik ali hərbi rütbəsi verilib.

Ailəlidir. İki övladı var.

 

Dövlət Təhlükəsizliyi Xidmətinin gənc əsgərlərinin andiçmə mərasimi olub Prezident, Ali Baş Komandan İlham Əliyev mərasimdə iştirak edib YENİLƏNİB VİDEO

 

Dövlət Təhlükəsizliyi Xidmətinin gənc əsgərlərinin andiçmə mərasimi olub Prezident, Ali Baş Komandan İlham Əliyev mərasimdə iştirak edib YENİLƏNİB VİDEO

Похожее изображение

Картинки по запросу Mədət Quliyev fotolarda xalq.az

Картинки по запросу Mədət Quliyev fotolarda xalq.az

 

Похожее изображение Mədət Quliyev Patruşevlə görüşdü - Prezidentin tapşırığı ilə

Похожее изображение

Картинки по запросу mədət quliyev prezidentlə

Картинки по запросу mədət quliyev prezidentlə

Похожее изображениеКартинки по запросу mədət quliyev prezidentlə

Картинки по запросу mədət quliyev prezidentləКартинки по запросу mədət quliyev prezidentlə

Картинки по запросу Mədət Quliyev fotolarda xalq.az

Похожее изображениеКартинки по запросу mədət quliyev prezidentlə

Похожее изображение

Картинки по запросу mədət quliyev prezidentlə

Картинки по запросу mədət quliyev prezidentlə

Похожее изображение

Картинки по запросу Mədət Quliyev fotolarda xalq.az

Картинки по запросу Mədət Quliyev fotolarda xalq.az

Картинки по запросу Mədət Quliyev fotolarda xalq.az

 

Картинки по запросу Mədət Quliyev fotolarda xalq.az

 

 

Картинки по запросу mədət quliyev prezidentlə