Milli Şuranın mitinqində səsləndirilən bəzi fikirlər Seçki Məcəlləsinin tələblərinə ziddir

07

 

Hakim Yeni Azərbaycan Partiyası “Demokratik Qüvvələrin Milli Şurası” Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənlinin seçkiöncəsi mitinqi zamanı səsləndirilən bəzi fikirlərinin Seçki Məcəlləsinin tələblərinə zidd olduğunu açıqlayıb. SİA-nın verdiyi məlumata görə, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov trend-ə bildirib ki, mitinqdə həm YAP-ın ünvanına, həm iqtidarın ünvanına təhkiramiz ifadələr işləndi: “Bu Seçki Məcəlləsinin tələblərinə ziddir”.

Onun sözlərinə görə, bu mitinq tam bir-birinə zidd olan insanların toplantısı idi: “Vaxtilə İsa Qəmbərə yahudi cəsusu deyən İsgəndər Həmidov gəlib onunla çiyinə-çiyinə dayanmışdı. Əli Kərimlini fərari adlandıran İsgəndər Həmidov gəlib onlarnan bir yerdə dayanmışdı. Orada mənim ünvanıma da İsgəndər Həmidovun və bir neçə şəxsin təhqir ifadələri işlədiblər. İsgəndər Həmidov getsin müəyənləşdirsin ki, hansı tövlədə hansı heyvanlardan əmələ gəlibdir, onda sonra gəlsin mitinqdə çıxış eləsin”.