Milli şüurun Banisi

     22

Dəyi­şən ic­ti­ma-si­ya­si for­ma­si­ya­la­ra bax­ma­ya­raq, H­ey­dər Əli­ye­vin bü­tün dövr­lər­də fəa­liy­yə­ti mil­li şüu­run in­ki­şa­fı­na yö­nəlt­miş­dir. So­vet dö­nə­min­də im­pe­ri­ya­nın to­tal təb­li­ğat ma­şı­nı­nın təz­yiq­lə­ri al­tın­da H­ey­dər Əli­yev Azər­bay­can xal­qı­nın Mil­li ta­ri­xi də­yər­lə­ri­nin dir­çəl­mə­si yö­nü­mün­də komp­leks ad­dım­lar at­mış­dır. Məhz bu ta­ri­xi xid­mət­lə­rin nə­ti­cə­sin­də mil­lət bü­töv­lə­şir, öz is­tiq­la­liy­yə­ti uğ­run­da mü­ba­ri­zə­yə ha­zır­la­şır­dı. Gör­kəm­li ədə­biy­yat və in­cə­sə­nət xa­dim­lə­ri­nin yu­bi­ley­lə­ri­nin ke­çi­ril­mə­si, ev mu­zey­lə­ri­nin açıl­ma­sı, Ba­kı­nın gör­kəm­li yer­lə­rin­də möh­tə­şəm abi­də­lə­rin qo­yul­ma­sı həm­çi­nin zi­ya­lı­la­rı­mı­zın SSRİ-nin ən yük­sək mü­ka­fat­la­rı ilə təl­tif edil­mə­si Azər­bay­can ic­ti­ma­iy­yə­tin­də op­ti­mist əh­val-ru­hiy­yə ya­rat­mış­dı. Bu dövr­dən bəhs edər­kən ən bö­yük nai­liy­yət­lə­ri­miz­dən bi­ri ki­mi 1978-ci il Kons­ti­tu­si­ya­sın­da ana di­li­mi­zə döv­lət di­li sta­tu­su­nun ve­ril­mə­si­ni xü­su­si qeyd et­mək la­zım­dır. Məhz H­ey­dər Əli­ye­vin tə­şəb­bü­sü və ira­də­si nə­ti­cə­sin­də da­hi Azər­bay­can şai­ri və mü­tə­fək­ki­ri H­üseyn Ca­vi­din cə­na­zə­si­nin və­tə­nə gə­ti­ril­mə­si xal­qı­mı­zı rep­res­si­ya­ya mə­ruz qoy­muş im­pe­ri­ya­ya qar­şı pro­test idi.

Ümum­mil­li li­der H­ey­dər Əli­yev So­vet­lər Bir­li­yi döv­rün­də xal­qı­mı­zın hü­quq və azad­lıq­la­rı­nı da­im qo­ru­muş, xal­qı­mı­zın Mil­li şüu­ru­nun for­ma­laş­ma­sın­da, maa­rif­lən­mə­sin­də, tə­qib və təz­yiq­lə­rə mə­ruz qa­la­raq da­nıl­maz xid­mət­lər gös­tər­miş­dir. Bö­yük sə­na­ye mü­əs­si­sə­lə­ri­nin za­vod və fab­rik­lə­rin Azər­ba­yan­da ti­kil­mə­si­nə Ali hər­bi mək­təb­lə­rin, bö­yük elm ocaq­la­rı­nın Azər­bay­can­da açıl­ma­sı­na na­il ol­muş, xal­qı­mı­zın ri­fa­hı­nın yax­şı­laş­dı­rıl­ma­sı­nın xoş­bəxt gə­lə­cə­yi­nin tə­mə­li­qi qoy­muş­dur. H­ələ o vaxt bey­nəl­xalq alə­mə kök sal­mış er­mə­ni di­as­po­ra­sı­nın tə­si­ri al­tı­na düş­müş So­vet İKP MK-nin Si­ya­si Bü­ro­su­nun bi­zə ögey prin­si­pi ilə ya­naş­ma­sı­na bax­ma­ya­raq ulu öndərimiz  H­ey­dər Əli­yev Azər­bay­ca­nı iq­ti­sa­di ası­lı­lıq­dan xi­las et­miş, do­ta­si­ya ilə ya­şa­yan qa­baq­cıl res­pub­li­ka­lar­dan bi­ri­nə və on üç il dal­ba­dal bi­rin­ci­si­nə çe­vir­miş­dir. O, müd­rik in­san çox gö­zəl bi­lir­di ki, xal­qın in­tel­lek­tu­al sə­viy­yə­si­nin yük­səl­mə­si onun abad­lı­ğı uğ­run­da mü­ba­ri­zə­də qə­lə­bə­si üçün əsas me­yar, əsas amil­dir. Özü­nü dərk et­mə­dən bu­na na­il ol­maq qey­ri-müm­kün­dür. Odur ki, H­ey­dər Əli­yev vax­tın­da ta­rix-di­yar­şü­nas­lıq mu­zey­lə­ri ya­rat­maq­la mil­lə­tin özü­nü-özü­nə ta­nıt­mış, keç­mi­şi ilə gə­lə­cə­yi­ni bir­ləş­di­rən bu gün­ki ta­ri­xi­ni yaz­mış­dır.

H­ey­dər Əli­ye­vin və­tən, xalq qar­şı­sın­da ən bö­yük xid­mə­ti müs­tə­qil Azər­bay­can döv­lə­ti­nin par­ça­lan­maq, məhv ol­maq təh­lü­kə­sin­dən qur­tar­ma­sı, müs­tə­qil­li­yi­mi­zi əbə­di və dön­məz et­mə­si­dir. Məhz onun nə­həng fəa­liy­yə­ti nə­ti­cə­sin­də Azər­bay­can su­ve­ren döv­lət ki­mi in­ki­şaf et­miş, möh­kəm­lən­miş və dün­ya bir­li­yin­də la­yiq­li ye­ri­ni tut­muş­dur. Ona gö­rə də biz haq­lı ola­raq de­yi­rik ki, H­ey­dər Əli­yev müs­tə­qil döv­lət­çi­liy­mi­zin qu­ru­cu­su­dur, bu gün­kü güc­lü, in­ki­şaf edən Azər­bay­can döv­lə­ti onun şah əsə­ri­dir.Pre­zi­dent H­ey­dər Əli­yev əsl ümum­xalq mə­həb­bə­ti, sev­gi­si qa­zan­mış tək-tək si­ya­sət­çi­lər­dən, döv­dət xa­dim­lə­rin­dən­dir. O res­pub­li­ka­ya rəh­bər­lik et­di­yi uzun il­lər ər­zin­də gör­dü­yü nə­həng iş­lə­ri ilə xal­qı­mı­zın qəl­bin­də özü­nə əbə­di abi­də ucalt­mış­dır. Ona gö­rə də nə qə­dər ki, müs­tə­qil Azər­bay­can döv­lə­ti var, Azər­bay­can xal­qı var, H­ey­dər Əli­yev də ürək­lər­də ya­şa­ya­caq­dır. Bu isə əbə­diy­yət de­mək­dir. Umummilli liderimiz  Heydər Əliyev  hər kəsə əzizdir.

Zaur Mirzə-zadə

Dünya Azərbaycanlıları İctimai Mərkəzin sədri