Millimiz məğlub oldu

Bu gün “AVRO-2020″nin seçmə qrup mərhələsi çərçivəsində IV tura yekun vurulur.
XALQ.AZ xəbər verir ki, Azərbaycan millisi yer aldığı E qrupunda 3-cü oyununa çıxıb.
Nikola Yurçeviçin kollektivi Slovakiya ilə qarşılaşıb. Komandamız Avropa çempionatına vəsiqəni hədəfləyən rəqibini “Bakcell Arena”da qəbul edib.
Üç gün əvvəl eyni məkanda Macarıstana məğlub olan (1:3) yığmamız bu dəfə də meydanı yenilgi ilə tərk edib – 1:5.

AVRO-2020
Seçmə mərhələ
IV tur

11 iyun
Azərbaycan – Slovakiya 1:5
Qollar: Ramil Şeydayev, 29 – Stanislav Lobotka, 8. Yuray Kuçka, 27. Marek Hamşik, 30; 57. Hançko, 85.
Azərbaycan: 1. Səlahət Ağayev (q), 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev, 9. Ağabala Ramazanov, 11. Ramil Şeydayev, 14. Rəşad Eyubov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda
Ehtiyat oyunçular: 12. Emil Balayev (q), 23. Şahruddin Məhəmmədəliyev (q), 4. Rahil Məmmədov, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 13. Dmitri Nazarov, 15. Namk Ələskərov, 16. Rüfət Dadaşov, 17. Renat Dadaşov, 19. Əli Babayev, 21. Pavlo Paşayev, 22. Aleksey İsayev
Baş məşqçi: Nikola Yurçeviç
Slovakiya: 23. Martin Dubrovka (q), 2. Peter Pekarik, 3. Deis Vavro, 10. Albert Ruşnak, 11. Robert Bojenik, 14. Milan Şkiriniar, 16. David Hançko, 17. Marek Hamşik (k), 19. Yuray Kuçka, 20. Robert Mak, 22. Stanislav Lobotka
Ehtiyat oyunçular: 1. Matus Kojaçik (q), 12. Marek Rodak (q), 4. Branislav Ninay, 5. Lübomir Şatka, 6. Yan Qrequş, 7. Yaroslav Mixalik, 8. Ondrey Duda, 9. Lukas Haraslin, 13. Patrik Hroşovski, 15. Robert Mazyan, 18. Pavel Sofranko, 21. Matuş Bero
Baş məşqçi: Pavel Hapal
Hakimlər: Con Biton, Alan Mulvanni, Şon Karr, Donald Robertson (Şotlandiya).
Bakı. “Bakcell Arena”.

Yeganə