Millimizin baş məşqçisi vəfat edib

Azərbaycanın kişilərdən ibarət milli həndbol komandasının və “Məhsul” klubunun baş məşqçisi Hikmət Abdullayev 63 yaşında dünyasını dəyişib.

Azərbaycan Həndbol Federasiyasının Mətbuat xidmətindən bildirilib ki, Fəxri Bədən Tərbiyyəsi və İdman İşçisi ürək xəstəliyindən vəfat edib.

Mərhum bu gün Yasamal qəbiristanlığında dəfn olunacaq.