Mingəçevirdə güclü yanğın – SON DƏQİQƏ

Mingəçevir şəhərində ehtiyat su anbarının yaxınlığında güclü yanğın baş verib.
XALQ.AZ-ın xəbərinə görə, bu barədə sakinlər məlumat verib.
Bildirilib ki, Bozdağın ətəklərində başlayan yanğın su bəndinə doğru hərəkət edir.
Hadisə yerinə Mingəçevir şəhər dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

Yeganə