Mingəçevirdə torpağ biznesi

 

45

 

Mingəçevirdə məmur özbaşnalığı

 

Son bir ildə prezident İlham Əliyev müxtəlif toplantılarda dəfələrlə xəbərdarlıq edib. Dövlət başçısı yerlərdəki məmurlardan vətəndaşların problemlərinə qayğı ilə yanaşmağı, onları incitməməyi, məmur özbaşınalıqlarına və qudurğanlıqlarına son qoymağı, korrupupsiya və rüşvətxorluğa son qoymağı tələb edib. Lakin bir çox məmurlar prezidentin bu xəbərdarlıqlarına məhəl qoymur və vətəndaşlara qarşı ədalətsiz və qanunsuz davranışlarını sürdürürlər. Elə son zamanlar bir neçə Qarabağ əlilinin özünü yandırması belə məmurların qanunsuz və ədaləttsiz fəaliyyətlərinin nəticəsidir.

Ölkə prezidenti sonuncu dəfə fevralın 5-də Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti Başçıları və müvafiq qurumların rəhbərləri ilə görüş keçirdiyi zaman məmurlara xəbərdarlıq edib. Özünü xalqın bir nömrəli xidmətçisi elan edən prezident məmurlara xəbərdarlıq edərək onlardan vətəndaşların problemlərinə qayğı ilə yanaşmağı tələb edib. Sitat: “Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır. Heç bir xarici dairənin təsiri altına düşməməlidir. Bax, budur əsas prinsiplər”.

Lakin buna baxmayaraq bəzi məmurlar hələ də prezidentin xəbərdarlıqlarını göz ardı edir, yumşaq desək, bu xəbərdarlıqları görməməzlikdən gəlirlər.  Mingəçevirdən ünvanlanan müraciətdə də prezidentin xəbərdarlıqlarına məhəl qoymayan belə məmurların birindən bəhs olunur.

Vətəndaş Yasəf Cəfərovun  ünvaladığı şikayət məktubunda göstərilir ki, Mingəçevir şəhər icra başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Əli Qəniyev ona məxsus olan topraq sahəsini qanunsuz olaraq bir başqasına satıb. Vətəndaş Yasəf Cəfərov bildirir ki, o həmin torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən sənədlərlə başçının müavini Əli Qəniyevin qəbuluna getsədə, başçının müavini ona təqdim olunan sənədləri şikayətçinin üstünə tullayaraq onu ağır şəkildə təhqir edərək otağından qovub.

Şikayətçi özünün Azərbaycan Respublikasının Konstitutsiyasında təsbit edilən mülkiyyət hüququnu kobud şəkildə pozulduğuna diqqət çəkərək bildirir ki, o, həmçinin başçının müavinin bu hərəkətətini prezidentin məmurların qarşısına qoyduğu tələblərin kobud şəkildə pozulması kimi dəyərləndirir. Qəribədir ki, baş verənlər və vətəndaşın haqlı şikayəti icra başçısı Niyazi Bayramov tərəfindən də soyuqqanlıqla qarşılayıb və şikayətçinin şikayətinin araşdırılması və haqqın bərpası üçün icra başçısı heç bir addım atmayıb.

Vətnədaş Yasəf Cəfərov öz problemini mətbuat səhifələrinə çıxarmaqla ölkə rəhbəliyinin bu məmur özbaşınalığına diqqəti cəlb edə biləcəyinə və bu yolla özünə qarşı olan haqsızlığın ortadan qalxacağına və həmçinin onun torpaq sahəsiinini öz vəzifə səlahiyyətindən istifadərək qanunsuz olaraq satan Mingəçevir şəhər icra başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Əli Qəniyevin cəzalanacağına ümid edir. pia.az

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…