Minik avtomobili motosikletlə toqquşub

XALQ.AZ xəbər verir ki,  Goranboy rayonunda 2 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, rayonun Qızılhacılı – Boluslu yolunda minik avtomobili ilə motosikletin toqquşması nəticəsində 2 nəfər yaralanıb.

Bunlar motosikletin 1996-cı il təvəllüdlü sürücüsü Əliyev Əfqan Çingiz oğlu və onun 1990-cı il təvəllüdlü sərnişini Mehdiyeva Lalə Kitay qızıdır. Yaralılar xəstəxanaya yerləşdirilib. Hər iki yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

 

Elgün