“Minlərlə əsgərimiz Qarabağda boş yerə ölüb” – Paşinyanın arvadı

Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyan ABŞ-a səfəri zamanı “Amerikanın səsi”nin erməni xidmətinə müsahibə verib. O, müsahibədə özünün “Qadınlar sülh naminə” təşəbbüsü barədə danışıb və etiraf edib ki, minlərlə erməni əsgəri Azərbaycan ərazilərini işğal edərkən mənasız yerə həyatlarını itiriblər.

Akopyan deyib ki, onun çağırışı atəşkəsin qorunması naminə təkcə azərbaycanlı qadınlara deyil, Qarabağ münaqişəsinin “bütün tərəflərinə” yönəlib.“Bu, ona görə lazımdır ki, sərhəddə dayanan həm erməni, həm azərbaycanlı əsgərlər həlak olmasınlar. Bizim təşəbbüsümüzün mənası əsgərlərin həyatını qorumaq və onları boş yerə qurban verməməkdir. Çünki illər boyu davam edən qarşıdurma ərzində hər iki tərəfdən çoxsaylı qurbanlarımız olub. Minlərlə qurban var, amma biz onları boş yerə vermişik, çünki həmin qurbanlar bizi münaqişənin nizamlanmasına bir santimetr də olsun yaxınlaşdırmayıblar, əksinə, uzaqlaşdırıblar. Çünki nifrətin hökm sürdüyü şəraitdə biz münaqişənin həllini tapa bilmərik” , – deyə Akopyan vurğulayıb.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.