Minlərlə insan evsiz qaldı – Yanğın

Kanadanın Alberta əyalətində 9 mindən çox insan meşə yanğınları səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.
XALQ.AZ xəbər verir ki, bu barədə “Global News” portalı məlumat yayıb.
Bildirilir ki, bölgədə son 40 ilin ən güclü quraqlığı yaşanıb, meşə yanğınları may ayının sonundan etibarən tüğyan edir.
Bazar ertəsi əyalətdə üç rayon təxliyyə olunub, yanğının miqyası isə genişlənməkdə davam edir. Nəşrin bildirdiyinə görə, yanğın 324 min ha ərazini əhatə edir.
Hazırda 2400-dən çox yanğınsöndürən Alberta ərazisində meşə yanğınları ilə mübarizəyə cəlb olunub.

Yeganə