Miqrantlar Moskvadan çıxarılır

 

14

 

Rəsmi Moskva Rusiyada qeyri-leqal fəaliyyət göstərən miqrantların bir hissəsini çıxarmağa başlayıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiyadan çıxarılanların bir hissəsi məcburi olaraq öz ölkələrinə yola salınır.

Ötən axşam miqrasiya qanunvericiliyi pozduqlarına görə, saxlanılan qeyri-leqal miqrantların bir hissəsi məcburi olaraq vətənlərinə göndərilib. Rusiya Məhkəmə İcraçıları Federal Xidmətinin (MİFX) paytaxt idarəsindən də məlumatı “Ria Novosti”yə təsdiq ediblər.

“Bu gün yeddi nəfər məhkəmənin qərarı ilə Rusiyadan çıxarılacaq. Çıxarılma MİFX-nin Moskva İdarəsinin əməkdaşları tərəfindən həyata keçiriləcək” – deyə xidmətin məlumatında bildirilib.