Miqrasiya Xidməti vizalarla bağlı tapşırıqların icrasına başlayıb

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Formula 1 Azərbaycan Qran-Prisinin təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsinə dair sərəncamında Dövlət Miqrasiya Xidmətinə olan tapşırıqların icrasına başlanılıb”.

XALQ.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov bildirib.

Xidmət rəisi deyib ki, Formula 1 Azərbaycan Qran-Prisinin iştiraçıları vizaları asanlaşdırılmış qaydada əldə edə biləcəklər: “Onlar hava limanında “ASAN Viza” portallarından istifadə edərək rahat şəkildə viza ala biləcəklər. Bununla bağlı Dövlət Miqrasiya Xidmıtinə də tapşırıqlar var idi və biz bu istiqamətdə artıq işə başlamışıq. Belə ki, ölkəmizə uçuşları həyata keçirən bütün aviaşirkətlərin nümayəndələrinin və ümumi olaraq əcnəbilərin maarifləndirilməsi işləri aparılır”.

 

Orxan