Miqrasiya Xidmətinin yeni əməkdaşları təlimə başladı

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə və dövlət qulluğunun yardımçı vəzifələrinə işə yeni qəbul olunmuş dinləyicilər üçün təlim təşkil edilib.

XALQ.AZ xəbər verir ki, DMX-dan  verilən xəbərə görə, təlim çərçivəsində dinləyicilərə “ASAN xidmət” mərkəzlərində “Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin səmərəli təşkili”, “Vətəndaş məmnunluğunun təmin edilməsi”, “Miqrasiya orqanlarında qulluq keçmə qaydaları və şərtləri”, “Miqrasiya orqanları işçilərinin hüquq və vəzifələri”, “Kargüzarlıq xidmətinin əsas vəzifələri və işin təşkili”, “Miqrasiya orqanlarında vahid uçot sisteminin təşkili”, “Kargüzarlığın elektron qaydada aparılmasının tənzimlənməsi”, “Miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış qaydaları və bu qaydaların pozulmasına görə məsuliyyət”, “Mədəni davranış və ünsiyyət qurmaq bacarığı” mövzularında mühazirə və seminarlar təşkil olunub.

Təlim prosesində dinləyicilərin sualları cavablandırılıb, fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

 

 

Orxan