Mirkamildən tapanca tapıldı

 01

Baş Cinayət-Axtarış, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarələri və Hacıqabul Rayon Polis Şöbəsi birgə əməliyyat keçirib.

 

Xalq.az  Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayon sakini Mirkamil Həşimovdan 1 ədəd “Makarov” markalı tapança, 5 ədəd tapança patronu və 1 ədəd patron darağı götürülüb.

 

Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı və Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Türkan qəsəbəsinin ərazisində isə 28 ədəd pulemyot patronu və 1 ədəd pulemyot lenti tapılıb.