Mirşahin DTX-nin yubiley medalını aldı

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Orqanlarının 100 illiyi münasibəti ilə prezident İlham Əliyevin sərəncamına əsasən yubiley medalı təsis olunub.
XALQ.AZ xəbər verir ki, Real Təhlil və İnformasiya Mərkəzinin direktoru Mirşahin Ağayev də bu medala layiq görülənlər sırasındadır.
Məlumata görə, bu gün DTX-nın ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Arif Babayev Real TV-yə gələrək medalı Mirşahin Ağayevə təqdim edib.
Orxan