Misir Xarici İşlər Nazirliyi bəyanat yaydı

Misir hökuməti qədim firon Tutanhamonun qızıl heykəlinin başı üçün iyulun 4-də Londonun Kristi Muzeyində keçiriləcək hərracın təxirə salınmasını tələb edib.
Misir Xarici İşlər Nazirliyi bəyanat yayaraq, eradan əvvəl 1334-1325-ci illərdə hökmranlıq etmiş Misir fironuna aid heykəlin satışa çıxarılmasına etiraz edib.
Bəyanatda bildirilib ki, rəsmi Qahirə qədim heykəlin Misirə təhvil verilməsi üçün İngiltərədəki səfirlik vasitəsilə danışıqlara başlayıb.
Rəsmi Londonun Qahirənin bu tələbinə hansı cavab verdiyi açıqlanmayıb.
YUNESKO-nun da iştirak etdiyi müzakirələrdə Tutanhamonun heykəlinin Misirə məxsus olduğu və oğurlanaraq İngiltərəyə aparıldığı bildirilib.
Misirin tarixi əsərlər naziri Zahi Havas heykəlin 1970-ci ildə Misirdən oğurlandığını deyib.
XALQ.AZ

Yeganə