Mitinqə heç kimin gəlməyəcəyi əvvəlcədən bəlli idi

siyavus

 

Aksiyada yalnız Milli Şuraya daxil olan partiyaların, təşkilatların təmsilçiləri və onların ailə üzvləri iştirak edib”

Mitinqə heç kimin gəlməyəcəyi əvvəlcədən bəlli idi. Çünki mitinqin təşkilatçıları bir-birinə zidd olan insanlardı və onların məqsədi mitinqdə yalnız özlərini reklam etməkdir. Onlara Azərbaycan xalqının problemi, necə yaşamağı maraqlı deyil, hər fürsətdən istifadə edib gündəmdə qalmaq istəyirlər”.

Bunu Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Şuranın bu gün keçirilən aksiyasına münasibət bildirərkən deyib.

S.Novruzov qeyd edib ki, aksiyada yalnız Milli Şuraya daxil olan partiyaların, təşkilatların təmsilçiləri və onların ailə üzvləri iştirak edib: “ Polis əməkdaşlarını və jurnalistləri hesaba almasaq, orda cəmi 250-300 nəfər mitinq iştirakçısı vardı. Bu da onu göstərir ki, Azərbaycan cəmiyyətinin bu insanlara heç bir etimadı yoxdur”.

S.Novruzov Milli Şuranın üzvlərinin mitinqdən əvvəlki ittihamlarını da xatırladıb: “Təsəvvür edin ki, Milli Şuranı ən çox aşağılayan, onun lüzumsuz bir təşkilat olduğunu deyən, qurumun siyasətə təsir etmək imkanlarını sıfıra bərabər hesab edən Arif Hacılı bu qurumun mitinqində çıxış edib. Arif Hacılı Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovu Rusiyaya işləməkdə ittiham edirdi, indi həmin qurumun adından keçirilən aksiyanın təşkilatçılarından biridir. Bu nə paradoksdu? Heç onlar özləri neylədiklərini bilmirlər”.