MM komitə iclasları başlandı

Milli Məclisin (MM) qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə parlamentin komitə iclasları başlayır.

XALQ.AZ xəbər verir ki,  komitələr arasında ilk iclasa Mədəniyyət komitəsi start verəcək.

Adıçəkilən komitənin ilk iclası sabah, yanvarın 17-də keçiriləcək.

İclasda 2018-ci ilin payız sessiyasında görülmüş işlərin hesabatı, həmçinin, komitənin növbəti yaz sessiyası ilə bağlı qanunvericilik işləri planı müzakirə edilib, təsdiqlənəcək.

Qeyd edək ki, komitənin gündəmində muğam sənətinin, aşıq sənətinin qorunması və inkişaf etdirilməsi, yazılı abidələr, adlar və soyadlarla bağlı və digər qanun layihələri var.

 

 

Orxan